Innovanet komandası Bakı və bölgələrdə ev, ofis, mağaza, anbar, zavod və ictimai obyektlərdə peşəkar kamera quraşdırılması xidməti göstərir. Layihələndirmədən tutmuş montaja, kabelləşməyə və son istifadəçi təliminə qədər bütün mərhələləri özümüz həyata keçiririk.
Video müşahidə sisteminin effektivliyi düzgün planlaşdırma və keyfiyyətli quraşdırmadan asılıdır. Mütəxəssislərimiz əvvəlcə obyektə baxış keçirir, ölü zonaları müəyyən edir və kameraların sayını, növünü (IP, analoq, PTZ, termal) və yerləşdirmə nöqtələrini sizinlə birlikdə müəyyənləşdirir.
Kamera quraşdırılması zamanı biz aşağıdakı işləri yerinə yetiririk: kabel xətlərinin çəkilməsi (UTP/koaksial), gücləndirici və qida bloklarının qoşulması, DVR/NVR qeyd cihazının proqramlaşdırılması, kameraların fokuslanması və gecə görüntü rejiminin tənzimlənməsi, həmçinin mobil telefon və kompüterdən uzaqdan izləmə üçün tətbiqin qurulması.
Xidmətimizdən istifadə edən müştərilər Hikvision, Dahua, Ezviz kimi dünya brendlərinin rəsmi məhsullarını əldə edir və 12 aya qədər zəmanətdən faydalanırlar. Quraşdırma başa çatdıqdan sonra texniki heyətimiz sistemin işini yoxlayır və istifadəçiyə qısa təlim keçir.
Pulsuz məsləhət üçün bizimlə əlaqə saxlayın, mütəxəssislərimiz sizə kömək etsin.