Şlaqbaum quraşdırılması avtomobil girişini nəzarətdə saxlamağın ən effektiv üsullarından biridir. Innovanet parkinq sahələri, yaşayış kompleksləri, ofis ərazisi və sənaye obyektləri üçün şlaqbaum satışı və montajını həyata keçirir.
Şlaqbaum sistemi seçilərkən yolun eni, hərəkət intensivliyi və istifadə tezliyi nəzərə alınır. Biz sürətli, orta və ağır rejimli modellər arasından obyektinizə ən uyğun avadanlığı seçib quraşdırırıq.
Quraşdırma prosesi əsas dirəyin betonlaşdırılması, elektrik təchizatının çəkilməsi, motor blokunun proqramlaşdırılması və uzaqdan idarəetmə pultunun sazlanmasından ibarətdir. İstəyə əsasən şlaqbaum kart oxuyucu, nömrə nişanı tanıma kamerası (ANPR) və ya mobil tətbiqlə inteqrasiya oluna bilər.
Servis xidmətimiz quraşdırmadan sonra da davam edir: dövrü baxış, ehtiyat hissələrin təmini və 7/24 çağırış xəttimizlə operativ dəstək təqdim edirik.
Pulsuz məsləhət üçün bizimlə əlaqə saxlayın, mütəxəssislərimiz sizə kömək etsin.