Turniket sistemi insan axınını nəzarətdə saxlamaq və icazəsiz girişin qarşısını almaq üçün ən effektiv həllərdən biridir. Innovanet ofis binaları, zavodlar, idman kompleksləri, mədəniyyət mərkəzləri və digər ictimai obyektlər üçün turniket satışı və montajını təmin edir.
Turniket modelləri tripod, tam hündürlüklü (full-height) və şüşə qanadlı (speed gate) növlərində təqdim olunur. Model seçimi obyektin təhlükəsizlik tələbindən, keçid intensivliyindən və estetik görünüşdən asılı olaraq müəyyənləşdirilir.
Sistem kart oxuyucu, barmaq izi skaneri, üz tanıma modulu və ya QR-kod oxuyucu ilə inteqrasiya oluna bilər. Bu, işçi davamiyyətinin avtomatik qeydiyyatı və qonaq idarəetməsi üçün də istifadə edilə bilir.
Quraşdırma zamanı biz elektrik təchizatı, əlaqələndirmə kabelləri və proqram təminatının sazlanmasını həyata keçiririk, sonra isə istifadəçi heyətinə qısa təlim keçirik.
Pulsuz məsləhət üçün bizimlə əlaqə saxlayın, mütəxəssislərimiz sizə kömək etsin.